satellite   Azerspace-1: 11135 H 30000

“BRICS Sports Games Kazan 2024" beynəlxalq multiidman oyunlarının açılış mərasimi keçirilib - FOTOLAR

“BRICS Sports Games Kazan 2024" beynəlxalq multiidman oyunlarının açılış mərasimi keçirilib<font color=red> - FOTOLAR</font> “BRICS Sports Games Kazan 2024" beynəlxalq multiidman oyunlarının açılış mərasimi keçirilib<font color=red> - FOTOLAR</font> “BRICS Sports Games Kazan 2024" beynəlxalq multiidman oyunlarının açılış mərasimi keçirilib<font color=red> - FOTOLAR</font>

İyunun 12-də Tatarıstanın paytaxtı Kazan şəhərində "BRICS Sports Games Kazan 2024" beynəlxalq multiidman oyunlarının təntənəli açılış mərasimi keçirilib.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, mərasimdə Tatarıstan Respublikasının prezidenti Rüstəm Minimxanov və Rusiyanın idman naziri Mixail Deqtyarov çıxış ediblər.

Rusiyanın inkişaf tarixini əks etdirən videonun nümayişindən sonra iştirakçı ölkələrin bayraqları hər bir ölkənin bayraqdarları tərəfindən səhnədə nümayiş olunub. Azərbaycan bayrağını avarçəkmə üzrə “Amber Oars” beynəlxalq reqatasının gümüş və bürünc mükafatçısı, “Prezident-Kuboku-2015” beynəlxalq reqatasının qızıl medalçısı Ziya Məmmədzadə daşıyıb.

Ardınca Rusiya Federasiyasının Prezidenti Vladimir Putin videomüraciətlə iştirakçılara uğurlar arzulayıb və yarışı açıq elan edib.

90-dək ölkədən 3000-ə yaxın idmançının mübarizə apardığı oyunlara daxil olan növlərin təqlid olunduğu rəqslər nümayiş edilib.

Sonda idmançılar, hakimlər adından andiçmə olub və tədbir konsert proqramı ilə davam edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM