satellite   Azerspace-1: 11135 H 30000

Avro-2024: Kuboku “Allians Arena” stadionuna əfsanəvi futbolçusunun həyat yoldaşı gətirəcək

Avro-2024: Kuboku “Allians Arena” stadionuna əfsanəvi futbolçusunun həyat yoldaşı gətirəcək

Əfsanəvi futbolçusu Frans Bekkenbauerin həyat yoldaşı Haydi Bekkenbauer Almaniyada keçiriləcək Avropa çempionatının açılış mərasimində iştirak edəcək.

Naxçıvan televiziyası Almaniya mətbuatına istinadən xəbər verir ki, o, turnirin qalib komandasına verilən “Henri Delaunay”. Matçdan öncə stadionda F. Bekkenbauer haqqında qısa videoçarx nümayiş etdiriləcək.

Dünya futbolunun əfsanələrindən sayılan Bekkenbauer bu ilin yanvarın 7-də 78 yaşında vəfat edib.

Qeyd edək ki, Almaniyanın ev sahibliyi etdiyi Avro-2024 bu gün start götürəcək. Açılış matçında Bundestimlə Şotlandiya seçməsi üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM