satellite   Azerspace-1: 11135 H 30000

AVRO-2024: Almaniya millisi açılış görüşündə böyükhesablı qələbəyə sevinib

AVRO-2024: Almaniya millisi açılış görüşündə böyükhesablı qələbəyə sevinib

Almaniyada futbol üzrə XVII Avropa çempionatına start verilib.

Naxçıvan televiziyası xəbər verir ki, A qrupunun ilk matçında ev sahibi komanda Şotlandiya ilə qarşılaşıb.

Münhendəki "Allianz Arena"da baş tutan matçda meydan sahibləri 5:1 hesablı qələbə qazanıb.

Qarşılaşmada hesabı almanların heyətində 10-cu dəqiqədə Florian Virts açıb. 9 dəqiqə sonra Jamal Musiala komandasının üstünlüyünü iki topa çatdırıb. 45+1-ci dəqiqədə Kai Havertz Şotlandiyanın qapısına üçüncü dəfə yol tapıb. İkinci hissəyə də aktiv başlayan almanlar 68-ci dəqiqədə Niklas Fullkruqla daha bir qola seviniblər. Final fitinə 3 dəqiqə qalmış şotlandlar buraxılan qollardan birinin əvəzini çıxıb. Antonio Rudiger avtoqol müəllifi olub. Matçda yekun hesabı isə 90+3-cü dəqiqədə fərqlənən Emre Can təyin edib.

Qeyd edək ki, bu qrupun digər qarşılaşması sabah, saat 17:00-da Macarıstan və İsveçrə yığmaları arasında gerçəkləşəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM