satellite   Azerspace-1: 11135 H 30000

AVRO-2024: Günün ilk oyununda İsveçrə qələbə qazanıb

AVRO-2024: Günün ilk oyununda İsveçrə qələbə qazanıb

Bu gün futbol üzrə Avropa çempionatında I turun növbəti görüşü çərçivəsində Macarıstan və İsveçrə yığmaları üz-üzə gəlib.

Naxçıvan televiziyası xəbər verir ki, A qrupunun ikinci oyununda isveçrəlilər 3:1 hesabı ilə qələbə qazanıb.

Görüşdə hesabı 14-cü dəqiqədə Murat Yakının baş məşqçisi olduğu yığma açıb. Kvadvo Dua dəqiq oynayıb. Fasilə ərəfəsində Mişel Ebişer macarları növbəti dəfə oyuna mərkəzdən başlamağa məcbur edib.

66-cı dəqiqədə fərqlənən Barnabaş Varqa hesab arasındakı fərqi azaltsa da, matçın sonuna artırılan dəqiqələrdə adını tabloya yazdıran Brel Embolo İsveçrənin qələbəsində pay sahibi olub.

Qeyd edək ki, bu qrupun ilk oyununda Almaniya Şotlandiya seçməsinə 5:1 hesabı ilə qalib gəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM