satellite   Azerspace-1: 11135 H 30000

AVRO-2024: Şotlandiya - İsveçrə matçı heç-heçə yekunlaşıb

AVRO-2024: Şotlandiya - İsveçrə matçı heç-heçə yekunlaşıb

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Şotlandiya - İsveçrə matçı başa çatıb.

Naxçıvan televiziyası xəbər verir ki, görüşdə qalib müəyyənləşməyib - 1:1.

Qarşılaşmada hesabı şotlandlar açıb. 13-cü dəqiqədə Fabinan Şer avtoqol müəllifi olub. İsveçrənin bərabərlik qoluna isə 26-cı dəqiqədə Cerdan Şakiri imza atıb.

Qeyd edək ki, A qrupunun digər oyununda Almaniya Macarıstana 2:0 hesabı ilə qalib gəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM