satellite   Azerspace-1: 11135 H 30000

AVRO-2024: Danimarka - İngiltərə matçında bərabərlik qeydə alınıb

AVRO-2024: Danimarka - İngiltərə matçında bərabərlik qeydə alınıb

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşü başa çatıb.

Naxçıvan televiziyası xəbər verir ki, C qrupunun oyununda heç-heçə qeydə alınıb - 1:1.

Matçda hesabı ingilislər açıb. 19-cu dəqiqədə Harri Keyn fərqlənib. 34-cü dəqiqədə isə "status kvo" bərpa olunub. Morten Yulmann adını tabloya yazdırıb.

Qeyd edək ki, qarşılaşmada UEFA nümayəndəsi kimi həmyerlimiz Könül Mehdiyeva təyinat alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM