satellite   Azerspace-1: 11135 H 30000

Bu gün Avropa çempionatının qalibi bəlli olacaq

Bu gün Avropa çempionatının qalibi bəlli olacaq

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün final oyunu keçiriləcək.

Naxçıvan televiziyası xəbər verir ki, həlledici matçda İspaniya və İngiltərə yığmaları üz-üzə gələcəklər.

Berlin Olimpiya Stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü fransalı FIFA referisi Fransua Leteksye idarə edəcək.

Pireneylilər sayca 4-cü, "Dumanlı Albion" təmsilçisi isə ilk qitə çempionluğunu qazanmağa çalışacaq.

Bu, iki komandanın öz aralarında 28-ci dueli olacaq. Əvvəlki matçların 10-u ispanların, 13-ü ingilislərin xeyrinə, 4-ü isə heç-heçə başa çatıb. Qolların nisbətində də İngiltərə millisinin üstünlüyü nəzərə çarpır - 45:32.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM