satellite   Azerspace-1: 11135 H 30000

Rafael Varan İtaliya klubu ilə anlaşıb

Rafael Varan İtaliya klubu ilə anlaşıb

Fransa millisinin üzvü Rafael Varan İtaliya A Seriyası təmsilçisi "Komo" ilə razılığa gəlib.

Naxçıvan televiziyası İtaliya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi Sesk Fabreqasın baş məşqçisi olduğu klubun təklifini qəbul edib və müqavilə yaxın vaxtlarda rəsmiləşəcək.

2021-ci ildən İngiltərənin “Mançester Yunayted” klubunda çıxış edən dünya çempionunun müqavilə müddəti yayda başa çatıb və o, hazırda azad agentdir.

Qeyd edək ki, ötən mövsüm "Komo" B seriyasında 2-ci yeri tutub və İtaliyanın əsas liqasında mübarizə aparmaq hüququ qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM