satellite   Azerspace-1: 11135 H 30000

Avropa çempionatının rəmzi komandası açıqlanıb

Avropa çempionatının rəmzi komandası açıqlanıb

“WhoScored” statistika saytı Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatının rəmzi komandasını tərtib edib.

Naxçıvan televiziyası xəbər verir ki, 4-4-2 taktiki sxeminə uyğun olaraq hazırlanan “11-lik”də turnirin ən yaxşı futbolçularının adları yer alıb.

Qapıçı: Giorgi Mamardaşvili (Gürcüstan)

Müdafiəçilər: Yozua Kimmix (Almaniya), Yaka Biyol (Sloveniya), Pepe, Nunu Mendeş (hər ikisi Portuqaliya)

Yarımmüdafiəçilər: Lamin Yamal, Dani Olmo, Fabian Ruis (hamısı İspaniya), Kodi Qakpo (Niderland)

Hücumçular: Kay Haverts (Almaniya), Killian Mbappe (Fransa).

Qeyd edək ki, “Avro-2024”ün qalibi finalda İngiltərə millisini 2:1 hesabı ilə məğlub edən İspaniya yığması olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM