satellite   Azerspace-1: 11135 H 30000

"Qarabağ" bu gün Avstriyada daha iki yoxlama oyunu keçirəcək

"Qarabağ" bu gün Avstriyada daha iki yoxlama oyunu keçirəcək

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu daha iki yoxlama oyunu keçirəcək.

Naxçıvan televiziyası xəbər verir ki, Qurban Qurbanovun komandası hər iki sınağına bu gün çıxacaq.

İlk görüşdə rəqib Xorvatiya təmsilçisi “Slaven Belupo" olacaq. Bu qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Ağdam təmsilçisi Tirol bölgəsindəki hazırlığı “Əl-Şabab” klubuna (BƏƏ) qarşı matçla yekunlaşdıracaq. Bu görüşün start fiti isə saat 19:00-da səslənəcək.

Qeyd edək ki, "Qarabağ" toplanış çərçivəsində iyulun 9-da Almaniyanın “Kayzerslautern” (1:3) və Çexiyanın “Viktoriya” kollektivləri (2:1) ilə üz-üzə gəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM