satellite   Azerspace-1: 11135 H 30000

Harri Keyn İngiltərə millisini tərk etmək niyyətində deyil

Harri Keyn İngiltərə millisini tərk etmək niyyətində deyil

Almaniyanın "Bavariya" klubunun hücumçusu Harri Keyn İngiltərə millisini tərk etmək niyyətində deyil.

Naxçıvan televiziyası  "The Telegraph"a istinadən xəbər verir ki, futbolçu 2026-cı ildə keçiriləcək dünya çempionatında yığmanın heyətində yer almaq istəyir.

H.Keyn İngiltərə millisində bütün zamanların ən çox qol vuran oyunçusudur. 30 yaşlı forvard 98 oyunda 66 qola imza atıb.

Qeyd edək ki, İngiltərə yığması Almaniyada təşkil olunan AVRO-2024-ün finalında İspaniyaya 1:2 hesabı ilə uduzub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM