Fransa klubu "Mançester Yunayted"in futbolçusunu heyətinə qatmaq niyyətindədir

Fransa klubu "Mançester Yunayted"in futbolçusunu heyətinə qatmaq niyyətindədir

Fransanın PSJ klubu İngiltərə təmsilçisi "Mançester Yunayted"in futbolçusu Ceydon Sançonu heyətinə qatmaq niyyətindədir.

Naxçıvan televiziyası "Sky Sports"a istinadən xəbər verir ki, Liqa 1 komandası 24 yaşlı futbolçunun transfer şərtlərini araşdırıb.

Qeyd edək ki, ötən mövsüm icarə əsasında Almaniyanın "Borussiya" (Dortmund) klubunda çıxış edən C.Sanço meydana çıxdığı 14 oyunda 2 qolla yadda qalıb. "Transfermarkt" portalı futbolçunu 30 milyon avro dəyərində qiymətləndirir.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM