satellite   Azerspace-1: 11135 H 30000

BOK 2034-cü il Qış Olimpiya Oyunlarının keçiriləcəyi şəhərin adını açıqlayıb

BOK 2034-cü il Qış Olimpiya Oyunlarının keçiriləcəyi şəhərin adını açıqlayıb

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2034-cü il Qış Olimpiya Oyunlarının ABŞ-nin Solt-Leyk Siti şəhərində keçiriləcəyinə açıqlayıb.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə qərar BOK-un Parisdə keçirilən 142-ci sessiyasında qəbul edilib.

BOK komissiyasının 83 üzvü qərarın lehinə, 6 nümayəndə isə əleyhinə səs verib.

Olimpiya Oyunları Solt Leyk Siti şəhərində ikinci dəfə keçiriləcək. Daha əvvəl 2002-ci ildə sözügedən şəhər yarışlara ev sahibliyi edib.

Qeyd edək ki, 2030-cu ildə XXVI Qış Olimpiya Oyunları Fransa Alplarında keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM