satellite   Azerspace-1: 11135 H 30000

"Barselona" yarımmüdafiəçisinin sağalma müddətini açıqlayıb

"Barselona" yarımmüdafiəçisinin sağalma müddətini açıqlayıb

İspaniyanın "Barselona" klubu yarımmüdafiəçi Fermin Lopesin sağalma müddətini açıqlayıb.

Naxçıvan televiziyası klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İspaniyanın gənclərdən ibarət millisinin üzvü olan 21 yaşlı yarımmüdafiəçi budunun ön hissəsindəki əzələ zədələnməsi səbəbindən təxminən üç həftə meydana çıxa bilməyəcək.

O, ümumilikdə La Liqada “Jirona” və "Vilyarreal", Çempionlar Liqasında isə “Monako” ilə oyunları buraxacaq.

Qeyd edək ki, F.Lopes Paris-2024-də çempion olan İspaniya millisinin heyətində meydana çıxdığı 6 matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM