satellite   Azerspace-1: 11135 H 30000

“Qarabağ” – “Ayaks” oyununa 1 gündə 20 minə yaxın bilet satılıb

“Qarabağ” – “Ayaks” oyununa 1 gündə 20 minə yaxın bilet satılıb

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayaks" (Niderland) oyununa bilet satışı davam edir.

Klubdan Naxçıvan televiziyası-a verilən məlumata görə, artıq matça 18 500 bilet satılıb.

Ötən gün satışa çıxarılmış biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir. VVIP C və VVIP D sektorlara biletlərin qiyməti isə 300 manatdır.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM