"Valensiya" "Kral Kuboku" oyununun təxirə salınmasını istəyib

"Valensiya" "Kral Kuboku" oyununun təxirə salınmasını istəyib

İspaniyanın "Valensiya" kollektivi "Kral Kuboku" oyununun təxirə salınmasını istəyib.

Naxçıvan televiziyası xəbər verir ki, klub bununla bağlı İspaniya Futbol Federasiyasına müraciət ünvanlayıb.

Klub rəhbərliyi Valensiya şəhərində baş verən qasırğa səbəbindən aşağı dəstə təmsilçisi "Parla Eskuela" ilə matçın başqa tarixə keçirilməsini istəyib.

Qeyd edək ki, "Valensiya" - "Parla Eskuela" qarşılaşması bu gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM