satellite   Azerspace-1: 11135 H 30000

Fransa klubu "Qarabağ"la oyuna görə çempionat matçının təxirə salınmasını istəyib

Fransa klubu "Qarabağ"la oyuna görə çempionat matçının təxirə salınmasını istəyib

Fransanın "Lion" klubu UEFA Avropa Liqasında "Qarabağ"a qarşı Bakıda keçirəcəyi oyuna görə Liqa 1-dəki matçının təxirə salınmasını istəyib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

Klub "Nitsa" ilə görüşün ertələnməsinin tərəfdarıdır. "Lion" rəsmiləri 7 saatlıq uçuşun ardından 4600 km yol qət edəcəklərini əsas gətirərək, çempionatdakı oyunun başqa tarixdə baş tutmasını tələb ediblər.

Fransa Peşəkar Futbol Liqasının (LFP) isə hələlik bunu rədd etdiyi bildirilib.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turuna təsadüf edəcək "Qarabağ" - "Lion" qarşılaşması noyabrın 28-də təşkil olunacaq. Liqa 1-in XIII turunun "Lion" - "Nitsa" matçı isə dekabrın 1-də, Bakı vaxtı ilə saat 20:00-da başlamalıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM