satellite   Azerspace-1: 11135 H 30000

İstanbul derbisini idarə etmiş hakim bir neçə oyun təyinat ala bilməyəcək

İstanbul derbisini idarə etmiş hakim bir neçə oyun təyinat ala bilməyəcək

Türkiyə Superliqasının X turundakı "Qalatasaray" - "Beşiktaş" oyununu idarə etmiş baş hakim Arda Kardeşler 4-6 həftə matçlara təyinat almayacaq.

Naxçıvan televiziyası yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Fərhat Gündoğdu açıqlamasında bildirib.

O, ədalət təmsilçisinin İstanbul derbisində səkkiz səhv etdiyini vurğulayıb.

"Biz bunları daxildə dəyərləndirdik. Nəyisə nəzərdən qaçırmamaq üçün UEFA-dakı şəxslərə də göndərdir. Dəstək olmaq üçün dünən ona zəng etdim. Səhv qərarlar verdiyinin fərqindədir və məyus olduğunu söylədi".

Qeyd edək ki, "Qalatasaray" sözügedən matçda rəqibini 2:1 hesabı ilə məğlub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM