satellite   Azerspace-1: 11135 H 30000

Portuqaliyalı hakim ilk dəfə Azərbaycan komandalarının oyununu idarə edəcək

Portuqaliyalı hakim ilk dəfə Azərbaycan komandalarının oyununu idarə edəcək

"Qarabağ"ın Norveçdə "Budyo Qlimt"ə qarşı keçirəcəyi UEFA Avropa Liqası matçına təyinat alan Luiş Qodinyu daha əvvəl Azərbaycan təmsilçilərinin oyununu idarə etməyib.

Naxçıvan televiziyası-ın məlumatına görə, 38 yaşlı FIFA referisi ilk dəfə komandalarımızın görüşündə iş başında olacaq.

Portuqaliyalı 2016-cı ildən beynəlxalq təyinat alır. O, ölkəsi ilə yanaşı, Yunanıstan, Fransa, Kipr və Səudiyyə Ərəbistanı çempionatlarına da dəvət alır.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" - "Qarabağ" oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM