Avropa çempionatı: Azərbaycan millisi qrupda sonuncu matçına çıxacaq

Avropa çempionatı: Azərbaycan millisi qrupda sonuncu matçına çıxacaq

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsində bu gün sonuncu matçını keçirəcək.

NUHÇIXAN-ın məlumatına görə, komanda B Liqasının V qrupunda Kiprlə üz-üzə gələcək.

Kiprin Pafos şəhərindəki “Peyia Municipal” stadionunda keçiriləcək matç saat 13:00-da başlayacaq.

Qeyd edək ki, Həbib Ağayevin baş məşqçisi olduğu komanda buna qədər qrupda İsveçrə yığmasına 0:8, Estoniyaya isə 0:3 hesabı ilə məğlub olub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM