satellite   Azerspace-1: 11135 H 30000

"Araz-Naxçıvan" 30-cu qələbəsini qazanıb

"Araz-Naxçıvan" 30-cu qələbəsini qazanıb

“Araz-Naxçıvan” klubu Azərbaycan çempionatında 30-cu qələbəsini qazanıb.

Naxçıvan televiziyası Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yubiley Misli Premyer Liqasının XV turuna təsadüf edib.

Elmar Baxşıyevin baş məşqçi olduğu komanda öz meydanında “Turan Tovuz”a 1:0 hesabı ilə qalib gəlib.

Naxçıvan təmsilçisi 30-cu qələbəsini 93-cü oyunda əldə edib. Bu qələbələrdən 19-u evdə, 11-i səfərdə qazanılıb.

“Araz-Naxçıvan”ın ilk uğuru 2000/2001 mövsümünə təsadüf edib. Muxtar Respublika təmsilçisi 2000-ci il avqustun 20-də səfərdə Quba “Şahdağ”ına 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Naxçıvan klubu ölkə çempionatında 30 və daha çox qələbə qazanan 33-cü komandadır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM