satellite   Azerspace-1: 11135 H 30000

Albaniyalı hücumçu qış fasiləsində "Qarabağ"dan ayrıla bilər

Albaniyalı hücumçu qış fasiləsində "Qarabağ"dan ayrıla bilər

"Qarabağ"ın futbolçusu Redon Cica qış fasiləsində komandanı tərk edə bilər.

Naxçıvan televiziyası xəbər verir ki, albaniyalı hücumçu bu barədə ölkəsinin mətbuatına açıqlamasında deyib.

26 yaşlı forvard Ağdam təmsilçisində az oyun şansı qazandığını bildirib: "Futbolda heç nəyi əvvəldən bilmək olmur. Bir neçə variantım var, qışda komandanı tərk etsəm, onların arasından ən yaxşısını seçəcəyəm. Hətta Albaniya Superliqasına qayıdışım da mümkündür. Amma bunun üçün bəzi suallara aydınlıq gəlməlidir".

Qeyd edək ki, Redon Cica "Qarabağ"a 2023-cü ilin yanvar ayında Albaniyanın “Tirana” klubundan keçib. Onun Ağdam təmsilçisi ilə 2026-cı il iyunun 30-na qədər müqaviləsi var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM