satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu keçiriləcək

Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu keçiriləcək

Bakıda dekabrın 5-16-da Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu baş tutacaq.

Naxçıvan televiziyası xəbər verir ki, Yaşıl Dünya naminə Həmrəylik İlinə həsr olunan və üç mindən çox Azərbaycan könüllüsünü bir araya toplayan forum Bakı Konqres Mərkəzində baş tutacaq.

Tədbir Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, “ASAN xidmət” və “IDEA” İctimai Birliyinin tərəfdaşlığı ilə keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM