satellite   Azerspace-1: 11135 H 30000

“Qalatasaray" öz meydanında çətin qələbə qazanıb

“Qalatasaray" öz meydanında çətin qələbə qazanıb

Türkiyə Super Liqasında XVIII tur davam edir.

Naxçıvan televiziyası xəbər verir ki, bu gün daha 3 matç baş tutub.

Lider "Qalatasaray" da növbəti oyununa çıxıb. Komanda "Göztepe"ni qəbul edib.

Görüşdə hesabı meydan sahibləri açıb. Viktor Osimhen penaltini dəqiq yerinə yetirib. Lakin çox keçmədən qonaqlar hesabı bərabərləşdirməyi bacarıblar. Romulo Kardozo komandasını sevindirib.

Matçın ikinci yarısında "sarı-qırmızılar" yenidən önə keçiblər. Yunus Akgün "Cimbom"a qələbə qazandıran topun müəllifi olub - 2:1.

Arda Turanın rəhbərlik etdiyi "Eyüpspor" isə "Antalyaspor"la qarşılaşıb. "Sarı-bənövşəyilər" səfərdən darmadağınla dönüblər - 4:1.

Türkiyə Super Liqası

XVIII tur

"Qalatasaray" - "Göztepe" 2:1

"Adana Demirspor" - "Başakşehir" 0:1

"Antalyaspor" - "Eyüpspor" 1:4

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM