satellite   Azerspace-1: 11135 H 30000

Patrik Kluyvert İndoneziya millisinin baş məşqçisi olacaq

Patrik Kluyvert İndoneziya millisinin baş məşqçisi olacaq

İspaniyanın "Barselona" klubunun və Niderland millisinin keçmiş futbolçusu Patrik Kluyvert İndoneziya yığmasının baş məşqçisi olacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

48 yaşlı mütəxəssis "2+2 illik" müqavilə imzalayacaq və onun təqdimatı yanvarın 12-də baş tutacaq.

Qeyd edək ki, P.Kluyvertin son iş yeri Türkiyənin "Adana Dəmirspor" klubu olub. O, Adana təmsilçisini 2023/2024 mövsümündə çalışdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM