satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın futzal millisinin heyəti açıqlanıb

Azərbaycanın futzal millisinin heyəti açıqlanıb

Azərbaycanın futzal millisinin Avropa çempionatının əsas mərhələsində yanvarın 31-də səfərdə Xorvatiya, fevralın 4-də isə Bakıda Yunanıstanla qarşılaşacağı oyunlara hazırlıq üçün heyəti açıqlanıb.

Naxçıvan televiziyası Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 27-də və 28-də Bakıda təlim-məşq toplanışı keçirəcək yığmanın düşərgəsinə 3-ü qapıçı olmaqla 15 futzalçı dəvət olunub.

Baş məşqçi Vitali Borisov 2 gün davam edəcək məşqlərdən sonra səfərə aparacağı 14 futzalçını müəyyənləşdirəcək. Komanda yanvarın 29-da Bakı-İstanbul-Zaqreb reysi ilə Xorvatiyaya yola düşəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM