satellite   Azerspace-1: 11135 H 30000

UEFA Avropa Liqası: "Qarabağ"ın qapıçısı qurtarış sayında ilk "5-lik"də qərarlaşıb

UEFA Avropa Liqası: "Qarabağ"ın qapıçısı qurtarış sayında ilk "5-lik"də qərarlaşıb

"Qarabağ"ın üzvü Mateuş Koxalski UEFA Avropa Liqasının Liqa mərhələsində ən çox qurtarış edən qapıçıların siyahısında qərarlaşıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə UEFA-nın rəsmi saytındakı statistik göstəricilərdə bildirilib.

24 yaşlı qolkiper 29 dəfə "seyv" ilə yadda qalıb. Polşalı bu göstəriciyə görə beşinci pillədə qərarlaşıb. Birinci sırada "Elfsborq"un (İsveç) "çərçivə qoruyucusu" Isak Pettersson yer alıb.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsini 3 xalla sonuncu - 36-cı pillədə başa vurub. "Köhlən atlar" 6 qol vurub, qapısında 20 top görüb. Mateuş Koxalski 8 matçın 6-da iştirak edib, digər 2 görüşdə isə Fabian Buntiç oynayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM