"Mançester Yunayted"in baş məşqçisi yeni antirekord müəyyənləşdirib

"Mançester Yunayted"in baş məşqçisi yeni antirekord müəyyənləşdirib

Portuqaliyalı baş məşqçi Ruben Amorim İngiltərənin "Mançester Yunayted" komandasında antirekord müəyyənləşdirib.

NUHÇIXAN "Opta"ya istinadən xəbər verir ki, bu, "qırmızı şeytanlar"ın Premyer Liqanın XXIV turunda doğma meydanda "Kristal Pelas"a uduzması (0:2) ilə reallaşıb.

Komanda 40 yaşlı mütəxəssisin rəhbərliyi altında çempionatda doğma meydanda keçirdiyi 7 qarşılaşmanın 5-də məğlubiyyətlə üzləşib. Bu isə klub tarixində ən pis nəticədir.

"Mançester Yunayted" sabiq baş məşqçiləri Devid Moyeslə Premyer Liqadakı 5-ci ev yenilgisini 14-cü, Erik ten Haqla 28-ci, Lui van Qalla 30-cu, Ule-Qunnar Solskyaerlə 31-ci, Aleks Ferqyuson ilə 88-ci matçda alıb. Komanda Joze Mourinyo və Ralf Ranqnikin rəhbərliyi altında çempionatda doğma meydanda 5 dəfə uduzmayıb.

Qeyd edək ki, "Mançester Yunayted" 29 xalla 13-cü pillədə qərarlaşıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM