satellite   Azerspace-1: 11135 H 30000

"Barselona"nın futbolçuları yeni hücumçu alınmasını istəyirlər

"Barselona"nın futbolçuları yeni hücumçu alınmasını istəyirlər

İspaniyanın "Barselona" klubunun futbolçuları Pedri və Lamin Yamal yeni hücumçu alınmasını istəyirlər.

Naxçıvan televiziyası "El Nacional" nəşrinə istinadən xəbər verir ki, onlar komandaya topla oynamaqda kömək edəcək forvardın heyətə cəlb olunmasını tələb edirlər.

Hər ikisi pressinq qabiliyyətinə malik futbolçunun hücumda daha təhlükəli ola biləcəyini söyləyiblər.

Kataloniya təmsilçisinin rəhbərliyi bu mövqe üçün iki oyunçunu nəzərdən keçirir. Bunlar İtaliyanın "Yuventus" komandasından Duşan Vlahoviç və İngiltərənin "Nyukasl" klubundan Aleksandr İsakdır. Bunun "Barselona"nın hazırkı hücumçusu Robert Levandovskinin ambisiyalarına ciddi zərbə ola biləcəyi də bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM