satellite   Azerspace-1: 11135 H 30000

"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır

"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır

İngiltərənin "Arsenal" klubu Almaniya millisinin futbolçusu Yozua Kimmixlə danışıq aparır.

Naxçıvan televiziyası xarici mətbuata istinadən xəbər verir ki, London təmsilçisi hazırda "Bavariya"da çıxış edən 30 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

Daha əvvəl Münhen təmsilçisinin oyunçu üçün yeni müqavilə təklifini geri götürdüyü bildirilib.

Qeyd edək ki, Yozua Kimmixin "Bavariya" ilə müqaviləsinin müddəti yayda başa çatacaq. O, cari mövsüm Bundesliqada 23 oyuna çıxıb, 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM