satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Basketbol Liqasında XV tur başa çatır

Azərbaycan Basketbol Liqasında XV tur başa çatır

Azərbaycan Basketbol Liqasında XV tura bu gün yekun vurulacaq.

Naxçıvan televiziyası-ın məlumatına görə, sonuncu oyunda "Şəki" "Lənkəran"ı qəbul edəcək.

Şəki Olimpiya İdman Kompleksində keçiriləcək qarşılaşma saat 14:00-da start götürəcək.

Meydan sahibləri B qrupunda 24 xalla üçüncü, qonaqlar 17 xalla sonuncu - altıncı pillədə qərarlaşıb.

Qeyd edək ki, XV turun daha əvvəl baş tutan görüşlərində “Neftçi” “Abşeron”u 80:56, "Ordu" "Quba"nı 103:68, “Gəncə” “Sumqayıt”ı 90:81, “Sərhədçi” NTD-ni 84:83, "Naxçıvan" isə "Sabah"ı 85:82 hesabı ilə məğlub edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM