satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın FIFA referiləri Türkiyə millisinin oyununa təyinat alıblar

Azərbaycanın FIFA referiləri Türkiyə millisinin oyununa təyinat alıblar

Azərbaycanın futzal üzrə FIFA referiləri Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılov beynəlxalq təyinat alıblar.

Naxçıvan televiziyası AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ədalət təmsilçiləri AVRO-2026-nın əsas mərhələsinin 3-cü qrupunda keçiriləcək Türkiyə - Slovakiya oyununu idarə edəcəklər.

Qarşılaşma martın 12-də Türkiyənin Ərzincan şəhərində baş tutacaq.

Matçın birinci hakimi H.Qafarlı, ikinci hakimi K.Əmiraslanov, üçüncü hakimi Ə.Cəbrayılov olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM