satellite   Azerspace-1: 11135 H 30000

Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

İspaniya millisinin və İngiltərənin “Mançester Siti” komandasının sabiq futbolçusu Alvaro Neqredo karyerasını bitirib.

Naxçıvan televiziyası xəbər verir ki, 39 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında video paylaşıb.

2012-ci ildə İspaniya millisi ilə Avropa çempionu olmuş A.Neqredo karyerası ərzində 716 rəsmi oyunda 269 qolla yadda qalıb.

Qeyd edək ki, Alvaro Neqredo karyerası ərzində “Mançester Siti” ilə yanaşı, ölkəsində “Real Madrid”, “Sevilya”, “Valensiya” və Türkiyədə “Beşiktaş” kimi tanınmış komandaların formasını geyinib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM