"Liverpul" antirekorda imza atıb

"Liverpul" antirekorda imza atıb

UEFA Çempionlar Liqasının 1/8 finalının cavab qarşılaşmasında Fransa təmsilçisi PSJ-yə məğlub olaraq turnirdən kənarda qalan “Liverpul” klub tarixinin antirekorduna imza atıb.

NUHÇIXAN “Opta Sport”a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi tarixində birinci dəfə ilk oyunda qalib gəldiyi mərhələnin ikinci matçında uduzmaqla yarışı tərk edib.

Qeyd edək ki, 1/8 finalın ilk matçında Arne Slotun komandası minimalhesablı (1:0) qələbəyə sevinib. Cavab görüşündə isə eyni hesabla məğlub olub. "Liverpul" penaltilər seriyasında Fransa klubuna uduzaraq (1:4) mübarizəni dayandırıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM