satellite   Azerspace-1: 11135 H 30000

UEFA "Real"ın futbolçularını şərti olaraq 1 oyunluq cəzalandırıb

UEFA "Real"ın futbolçularını şərti olaraq 1 oyunluq cəzalandırıb

UEFA "Real"ın futbolçuları Antonio Rudiger və Kilian Mbappeni şərti olaraq 1 oyunluq cəzalandırıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Adıçəkilən futbolçular Çempionlar Liqasının 1/8 final mərhələsinin "Atletiko" ilə cavab matçından sonrakı davranışlarına görə cəzaya məruz qalıblar.

Bundan başqa, ali futbol qurumu Rudigeri 40 min, Mbappeni 30 min, komandanın digər üzvü Dani Sebalosu isə 20 min avro cərimələyib.

Qeyd edək ki, daha əvvəl rəqib komandanın azarkeşləri qarşısında qələbəni qeyd edən "Real"ın futbolçuları ilə bağlı araşdırmalara başlanılıb. "Kral klubu"nun üzvlərinin davranışını təxribat kimi qəbul edən "Atletiko" tərəfi UEFA-ya şikayət ünvanlayıb. 

Sözügedən matçda "Real" penaltilər seriyasında "Atletiko"ya (4:2) qalib gələrək 1/4 finala yüksəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM