satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın U-21 millisi iki yoxlama oyunu keçirəcək

Azərbaycanın U-21 millisi iki yoxlama oyunu keçirəcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi mayın 26-dan iyunun 9-dək keçirəcəyi təlim-məşq toplanışında 2 yoxlama görüşündə qüvvəsini sınayacaq.

NTV  xəbər verir ki, U-21 mayın 26-dan iyunun 2-dək Bakıda, iyunun 2-dən 6-dək Belarusun paytaxtı Minskdə, iyunun 6-dan 9-dək isə yenidən Bakıda hazırlıq keçəcək.

Ayxan Abbasovun baş məşqçisi olduğu komanda bu müddətdə iki yoxlama görüşü keçirəcək. Milli əvvəlcə iyunun 4-də Minskdə Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Bu görüşün başlama vaxtı və stadionu barədə daha sonra məlumat veriləcək.

Komanda iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun U-21 kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma saat 20:00-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM