satellite   Azerspace-1: 11135 H 30000

Dünya çempionatının Bakıda keçiriləcək seçmə mərhələsində azərbaycanlı hakim olmayacaq

Dünya çempionatının Bakıda keçiriləcək seçmə mərhələsində azərbaycanlı hakim olmayacaq

Mayın 24-25-də Bakıda keçiriləcək kişi və qadınlar arasında 3x3 basketbol üzrə dünya çempionatının seçmə mərhələ oyunlarında azərbaycanlı hakimlər iştirak etməyəcək.

Bu barədə NTV- yə Azərbaycan Basketbol Liqasının Hakimlər Komitəsinin sədri Ələkbər Həsənov məlumat verib.

O, daha əvvəl ölkəmizdən iki referinin 3x3 basketbol üzrə lisenziyasının olduğunu bildirib:

"Mənimlə birlikdə Ruslan Xalıqovun lisenziyası var idi. 2015-ci ildə Bakıda keçirilmiş Avropa Oyunları vaxtı bunu almışdıq. Sadəcə, 5-6 il təyinat olmadığı üçün yeni lisenziya üçün müraciət etmədik. Paytaxta gələcək ədalət təmsilçiləri isə yarışın startından bir həftə əvvəl bəlli olacaq".

Qeyd edək ki, qadınlardan ibarət Azərbaycan millisi B qrupunda Kanada və Böyük Britaniya, kişilərdən ibarət kollektiv isə Latviya və Misir ilə üz-üzə gələcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM