satellite   Azerspace-1: 11135 H 30000

“Araz-Naxçıvan” futzal komandasının baş məşqçisi: Çempionlar Liqasında hədəfimiz yüksəkdir

“Araz-Naxçıvan” futzal komandasının baş məşqçisi: Çempionlar Liqasında hədəfimiz yüksəkdir

“Araz-Naxçıvan” futzal komandasının baş məşqçisi Yevgeni Kukseviç UEFA Çempionlar Liqasının püşkatmasına münasibət bildirib.

Rusiyalı mütəxəssis NTV -yə açıqlamasında komandasının turnirdə layiqincə çıxış edəcəyinə inandığını bildirib: “Hazırda komandanı formalaşdırırıq. Yeni mövsüm üçün yaxşı heyət qurmaq istəyirik. Çempionlar Liqasında hədəfimiz yüksəkdir”.

Çalışdırıcı rəqibləri ciddi şəkildə təhlil edəcəklərini söyləyib: “Bütün komandalara hörmətlə yanaşırıq. Onların oyunlarına ayrı-ayrılıqda baxacağıq. Biz öz gücümüzə və imkanlarımıza uyğun hərəkət edəcəyik. Azərbaycanı Avropada layiqincə təmsil etmək istəyirik”.

Qeyd edək ki, “Araz-Naxçıvan” F qrupunda “Ljuti Krajişniç” (Avstriya), “PYF Saltires” (Şotlandiya) və “Sparta Belfast” (Şimali İrlandiya) komandaları ilə qarşılaşacaq. Oyunlar avqustun 26-dan 31-dək Avstriyada keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM