satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan güləşçiləri bu il Avropa çempionatlarında 73 medal qazanıblar

Azərbaycan güləşçiləri bu il Avropa çempionatlarında 73 medal qazanıblar

Azərbaycan güləşçiləri bu il keçirilən Avropa çempionatlarında yüksək nəticələrə imza atıblar.

Azərbaycan Güləş Federasiyasından NTV-yə bildirilib ki, onlar müxtəlif yaş qrupları üzrə qitə çempionatlarında ümumilikdə 73 medal qazanıblar.

Həmin yarışlarda 22 dəfə Azərbaycan Himni səsləndirilib. 21 güləşçimiz gümüş, 30-u isə bürünc mükafata sahib çıxıb.

Sərbəst güləşçilər Avropa çempionatlarında 8 qızıl, 12 gümüş və 13 bürünc medal qazanıblar. Yunan-Roma güləşində təmsilçilərimiz 8 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, 8 dəfə ikinci, 11 dəfə isə üçüncü yerlə kifayətləniblər. Qadın güləşçilər 4 qızıl, 1 gümüş və 5 bürünc medalla yadda qalıblar. Çimərlik güləşində isə 2 qızıl və 1 bürünc mükafat əldə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM