satellite   Azerspace-1: 11135 H 30000

PSJ-nin gürcü futbolçusu üçün mövsüm erkən bitib

PSJ-nin gürcü futbolçusu üçün mövsüm erkən bitib

Fransanın PSJ klubunun futbolçusu Xviça Kvaratsxeliyanın sağ dizinin ön çarpaz bağı qopub.

NTV klubun rəsmi saytına istinadən xəbər verir ki, hücumameyilli yarımmüdafiəçi yaxın günlərdə əməliyyat olunacaq. Gürcüstanlı vingerin bu mövsüm meydana çıxmayacağı bildirilib.

Xatırladaq ki, Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasında “Barselona” ilə keçirilmiş oyunda (4:2) zədələnib. Həmin matçda PSJ-nin digər futbolçuları Usman Dembele və Markinyos da sıradan çıxıb. Dembelenin sol, Markinyosun isə sağ bud nahiyəsində zədə aşkarlanıb. Hər iki futbolçu bir neçə həftə müalicə alacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM