satellite   Azerspace-1: 11135 H 30000

Bolqarıstan parlamenti qalmaqallı əfv qərarını araşdırır

Bolqarıstan parlamenti qalmaqallı əfv qərarını araşdırır

Bolqarıstan parlamentində narkotik qaçaqmalçılığı ilə əlaqələndirilən Oqnyan Atanasovun əfv edilməsi ilə bağlı fövqəladə iclas çağırılıb.

NTV  xəbər verir ki, Bolqarıstan Teleqraf Agentliyinin (BTA) məlumatına görə, ölkədə “Petriç Eskobarı” kimi tanınan Atanasovun 2022-ci ildə prezident fərmanı ilə əfv olunmasının qanuniliyi və bu qərarın qəbul edilməsinə əsas verən sənədlər parlament araşdırmasının predmetinə çevrilib.

Araşdırmanın əsas istiqamətlərindən biri O.Atanasovun səhhəti ilə bağlı hazırlanmış tibbi rəylərin həqiqiliyinin və əfv prosedurunda necə istifadə olunduğunun müəyyənləşdirilməsidir. Deputatlar həmin sənədlərin hazırlanması və yoxlanılması zamanı mümkün qanun pozuntularının olub-olmadığını aydınlaşdırmaq istəyirlər.

O.Atanasov 2022-ci ildə prezident fərmanı ilə əfv edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM