Fransanın Mört-və-Mozel departamentinin ərazisində ötən gün qəzaya uğrayan “Mirage 2000D” hərbi təyyarəsinin ekipaj üzvlərindən birinin meyiti bu gün tapılıb, digərinin axtarışları davam etdirilir.
NTV yerli mediaya istinadla xəbər verir ki, axtarışlara xilasedicilər, xüsusi hazırlıqlı hərbçilər, jandarmlar, eləcə də helikopter cəlb olunub.
Bildirildiyinə görə, təyyarənin qalıqları dron vasitəsilə aşkarlanıb.
