satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Uşaq Bərpa Mərkəzinə mediatur təşkil olunub - FOTOLAR

Naxçıvan Uşaq Bərpa Mərkəzinə mediatur təşkil olunub<font color=red> - FOTOLAR</font> Naxçıvan Uşaq Bərpa Mərkəzinə mediatur təşkil olunub<font color=red> - FOTOLAR</font> Naxçıvan Uşaq Bərpa Mərkəzinə mediatur təşkil olunub<font color=red> - FOTOLAR</font> Naxçıvan Uşaq Bərpa Mərkəzinə mediatur təşkil olunub<font color=red> - FOTOLAR</font> Naxçıvan Uşaq Bərpa Mərkəzinə mediatur təşkil olunub<font color=red> - FOTOLAR</font> Naxçıvan Uşaq Bərpa Mərkəzinə mediatur təşkil olunub<font color=red> - FOTOLAR</font> Naxçıvan Uşaq Bərpa Mərkəzinə mediatur təşkil olunub<font color=red> - FOTOLAR</font> Naxçıvan Uşaq Bərpa Mərkəzinə mediatur təşkil olunub<font color=red> - FOTOLAR</font> Naxçıvan Uşaq Bərpa Mərkəzinə mediatur təşkil olunub<font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naxçıvan Uşaq Bərpa Mərkəzinə mediatur təşkil olunub.

Media nümayəndələrinə müəssisənin fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Mərkəzdə əlilliyi olan uşaqların həm ambulator, həm də stasionar şəraitdə  tibbi və sosial-psixoloji reabilitasiyası həyata keçirilir.

Son illər müəssisənin maddi-texniki imkanlarının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Xüsusilə Heydər Əliyev Fondu tərəfindən Mərkəzə bir sıra müasir reabilitasiya avadanlıqları hədiyyə edilib.

Müəssisədə parafin müalicəsi, infroqırmızı şüa terapiya, mikro dalğa diatermiya, interferns terapiya, elektroforez, hovuz müalicəsi, fonoforez, miostimulyasiya, masaj, müalicəvi bədən tərbiyəsi, qalvanizasiya, elektrostimulyasiya və s. fizioterapevtik müalicə üsulları tətbiq edilir.

Burada bərpa kursuna cəlb edilən hər bir uşaqla bağlı fərdi reabilitasiya proqramı tərtib olunur və bu proqram əsasında onların funksional bacarıqlarının inkişafına, gündəlik həyata və cəmiyyətə inteqrasiyasına dəstək işləri aparılır.

Cari ilin 9 ayında da Mərkəzdə əlilliyi olan 434 uşağa reabilitasiya xidmətləri göstərilib.

Həmçinin  “RehaBus” (Reabilitasiya Avtobusu) xidməti tərəfindən əlilliyi olan uşaqların ambulator və stasionar reabilitasiya xidmətlərinə əlçatanlığının artırılmasına dəstək göstərilir.

Media nümayəndələri əlilliyi olan uşaqlar üçün Mərkəzdə yaradılmış şəraitlə, tətbiq olunan reabilitasiya üsulları, xidmət prosesi ilə yaxından tanış olublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM