satellite   Azerspace-1: 11135 H 30000

Ətin növlərini müəyyənləşdirən proqram hazırlanıb

Ətin növlərini müəyyənləşdirən proqram hazırlanıb

Emal olunmuş və olunmamış ətin növlərini müəyyənləşdirməyə imkan verən yeni proqram yaradılıb.

NTV xəbər verir ki, “Journal of Food Composition and Analysis” jurnalında dərc olunan tədqiqatda “PFclassify” adlanan proqramın imkanları təqdim edilib.

Müəlliflərin sözlərinə görə, “PFclassify” mövcud təsnifat metodlarını təkmilləşdirərək emal olunmuş qırmızı əti donuz ətinə, mal ətinə və digər növlərə, emal olunmuş quş ətini isə toyuq, hinduşka və digər quş əti məhsullarına ayırır. Proqram emal edilməmiş ət növlərini də ayrıca müəyyənləşdirir.

Tədqiqatçılar proqramı ABŞ-nin Milli Sağlamlıq və Qidalanma Müayinəsi Sorğusunun məlumatları əsasında sınaqdan keçiriblər.

Tədqiqatın müəlliflərinin fikrincə, bu yanaşma müxtəlif araşdırmaların nəticələrini müqayisə etməyi asanlaşdıra və qidalanma ilə sağlamlıq arasındakı əlaqələrin daha dəqiq öyrənilməsinə şərait yarada bilər.

Müxbir - Günel Türksoy

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM