satellite   Azerspace-1: 11135 H 30000

ASCO-nun gəmi-bərələri ilə sərnişin daşımalarında artım qeydə alınıb

ASCO-nun gəmi-bərələri ilə sərnişin daşımalarında artım qeydə alınıb

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmi-bərələri ilə 2026-cı ilin yanvar–sentyabr ayları ərzində 21 min 939 nəfər sərnişin daşınıb.

ASCO-dan NTV-yə  bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artım deməkdir.

Belə ki, 2025-ci ilin yanvar–sentyabr aylarında daşınan sərnişinlərin sayı 19 min 289 nəfər olub.

Bu ilin sentyabr ayı üzrə sərnişin daşınması isə keçən ilin eyni dövrü ilə müqayisədə 40 faiz artıb. Ötən ay ASCO-nun gəmi-bərələri ilə 2907 nəfər sərnişin daşınıb. 2025-ci ilin sentyabrında bu rəqəm 2076 olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM