satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqası: “Qarabağ”ın III təsnifat mərhələsindəki oyunlarının hakimləri açıqlanıb

Çempionlar Liqası: “Qarabağ”ın III təsnifat mərhələsindəki oyunlarının hakimləri açıqlanıb

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubu ilə keçirəcəyi hər iki oyuna hakim təyinatları açıqlanıb.

AFFA-dan NTV-yə verilən məlumata görə, UEFA Skopyedəki ilk görüşü Slovakiyadan, Bakıdakı cavab qarşılaşmasını isə Niderlanddan olan hakimlər briqadasına həvalə edib:

5 avqust

22:00.“Şkendiya” – “Qarabağ”

Baş hakim: İvan Kruzliak

Baş hakimin köməkçiləri: Branislav Hançko, Yan Pozor

Dördüncü hakim: Peter Kraloviç

VAR: Mixal Oçenaş

AVAR: Boris Marhefka

Skopye, “Todor Proeski” stadionu

12 avqust

20:00.“Qarabağ” – “Şkendiya”

Baş hakim: Denni Makkeli

Baş hakimin köməkçiləri: Hessel Steeqstra, Yan de Vries

Dördüncü hakim: Mark Naqteqaal

VAR: Dennis Hiqler

AVAR: Riçard Martens

Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM