satellite   Azerspace-1: 11135 H 30000

Lionel Messi zədələnib

Lionel Messi zədələnib

Argentina millisinin və ABŞ-ın “İnter Mayami” klubunun kapitanı Lionel Messi zədələnib.

NTV xəbər verir ki, 38 yaşlı hücumçu Liqa Kubokunun II turunda “Nekaksa” ilə oyunda sıradan çıxıb.

Matçın əvvəlində diz nahiyyəsində ağrı hiss edən təcrübəli oyunçu 11-ci dəqiqədə əvəzlənib. Komandanın baş məşqçisi Xavyer Maskerano ulduz futbolçunun durumuna bu gün aydınlıq gələcəyini bildirib. Onun sözlərinə görə, Messinin ağrıları az olduğundan zədəsinin ciddi olmadığı ehtimal edilir.

Qeyd edək ki, qarşılaşmanın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq (5:4) oynayan “İnter Mayami” rəqibini məğlub edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM