satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanlı cüdoçu ölkə reytinqində birinci yerə yüksəlib - FOTOLAR

Naxçıvanlı cüdoçu ölkə reytinqində birinci yerə yüksəlib <font color=red> - FOTOLAR</font> Naxçıvanlı cüdoçu ölkə reytinqində birinci yerə yüksəlib <font color=red> - FOTOLAR</font> Naxçıvanlı cüdoçu ölkə reytinqində birinci yerə yüksəlib <font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata  əsasən  Cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının III turu start götürüb. Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda 80 klub və idman cəmiyyətindən olan 390 idmançı (313 oğlan, 77 qız) ümumilikdə 18 çəki dərəcəsində medallar uğrunda mübarizəyə qoşulub. 

Yarışda Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin idmançısı Ləman Bağırova -36 kq çəki dərəcəsində çıxış edib. Məşqçi Orxan Quliyevin tələbəsi keçirdiyi 4 görüşün hər birini qələbə ilə tamamlayaraq qızıl medal qazanıb. Bu nəticə ilə Ləman öz çəkisində reytinq üzrə ilk pilləyə yüksəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM