satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanlı boksçu Çində beynəlxalq turnir qalibi olub - FOTOLAR

Naxçıvanlı boksçu Çində beynəlxalq turnir qalibi olub<font color=red> - FOTOLAR</font> Naxçıvanlı boksçu Çində beynəlxalq turnir qalibi olub<font color=red> - FOTOLAR</font> Naxçıvanlı boksçu Çində beynəlxalq turnir qalibi olub<font color=red> - FOTOLAR</font> Naxçıvanlı boksçu Çində beynəlxalq turnir qalibi olub<font color=red> - FOTOLAR</font>

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata əsasən yeniyetmə boksçulardan ibarət Azərbaycan millisi Çində təlim-məşq toplanışı çərçivəsində “Kəmər və Yol” beynəlxalq turnirinə qatılıb. Yığmamız Sincan-Uyğur Muxtar Rayonunda 19 ölkənin iştirakı ilə baş tutan yarışı 4 medalla başa vurub.

Millimizi 63 kq çəki dərəcəsində təmsil edən Naxçıvan boks məktəbinin yetirməsi Haqverdi Həsənov finalda qazaxıstanlı rəqibinə qalib gələrək qızıl medala sahib çıxıb. Digər təmsilçilərimizdən Səftər Məmmədzadə (+80 kq) gümüş, Raul Heydərli (57 kq) və Adil Zalov (70 kq) bürünc medal qazanıblar.

Xatırladaq ki, məşqçi Elnur Kərimlinin yetirməsi olan Haqverdi Həsənov yeniyetmələr arasında Avropa üçüncüsü, Azərbaycan çempionu, müxtəlif beynəlxalq turnirlərin qalibi və mükafatçısıdır. 

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM