satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan şahmatçıları Malatyada uğur qazanıblar - FOTOLAR

Naxçıvan şahmatçıları Malatyada uğur qazanıblar<font color=red> - FOTOLAR</font> Naxçıvan şahmatçıları Malatyada uğur qazanıblar<font color=red> - FOTOLAR</font> Naxçıvan şahmatçıları Malatyada uğur qazanıblar<font color=red> - FOTOLAR</font>

Naxçıvan şahmatçıları Türkiyənin Malatya şəhərində keçirilən "Altın Kayısı" beynəlxalq turnirində uğurlu çıxış ediblər.

NTV xəbər verir ki, 8-ci dəfə təşkil olunan ənənəvi yarışda 11 ölkədən 486 şahmatçı mübarizə aparıb.

Turnirdə Naxçıvan Muxtar Respublikasından 10 şahmatçı iştirak edib. Onlardan üçü uğurlu nəticəyə nail olub.

Yarışın A qrupunda çıxış edən Urfan Sevdimaliyev və Pərviz Qasımov ilk "onluğ"a düşüblər. B qrupunda isə veteran şahmatçı Bahəddin Hətəmov 3-cü yeri tutub.

Qeyd edək ki, Türkiyənin Bitlis şəhərində start götürən "Betav Open" beynəlxalq turnirində də Naxçıvan şahmatçıları iştirak edir. Bu yarışda 20 idmançı ilə təmsil olunuruq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM